Ayətullah Nuri Həmədani bütün azad insanları Qüds günü yürüşlərinə çağırdı

Ayətullah Nuri Həmədani bütün azad insanları Qüds günü yürüşlərinə çağırdı

Böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Hüseyn Nuri Həmədani dünyanın azadlıq sevər insanların Qüds günü yürüşlərində Amerika və sionist İsrail rejiminə qarşı nifrətini hayqıraraq, əzəmət və qüvvələrini bütün dünyaya göstərəcəklərini söyləyib.
 
Qüds günü ilə bağlı bir bəyanat yayan Ayətullah Həmədani, bu ilki Beynəlxalq Qüds günü tədbirlərinin həmişəkindən daha həssas və daha böyük əhəmiyyət kəsb etdiyini bildirərək, dünya imperializminin Fələstin torpaqlarını parçalamaq istədiyini qeyd edib.
 
Ayətullah Həmədani Qüdsü işğal edən əli qanlı sionistlərin mədəniyyət, iqtisadiyyat, siyasət və hərbi sahələrdəki hiyləgər əməllərinin sionist rejimin zəif mövqeyə düşməsinin işarəsi olduğunu bildirərək, dünyanın bütün azad insanlarını Qüds günü yürüşlərində iştirak etməyə dəvət edib.
 
Qeyd edək ki, dünya müsəlmanlarının Fələstin və Qüds məsələsinə daha çox diqqət etmələri üçün Ramazan ayının sonuncu cüməsi Dünya Qüds günü olaraq elan edilib.  / deyerler.org /
 

Google+ WhatsApp ok.ru