Ayətullah İsa Qasım: ‘ABŞ-ın Əsrin müqaviləsi planı  izzət və dinin satılmasıdır’

Ayətullah İsa Qasım: ‘ABŞ-ın Əsrin müqaviləsi planı izzət və dinin satılmasıdır’

İranın Qum şəhərində “Müqavimət gəncləri” (Şəbabi Muqavimə) konfransı keçirilib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, dünyanın 60 İslam ölkəsindən gənclər iştirak etdiyi konfransa, Bəhreyn Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım da qatılıb.
 
Konfransda çıxış edən Ayətullah Şeyx İsa Qasım, ABŞ-ın Əsrin müqaviləsi planını izzət və dinin satılması adlandırıb.
 
Ayətullah İsa Qasım sionist İsrail rejiminə müqavimət göstərməyin təkcə bir yolu olmadınğını və İslam ümmətinin Əsrin müqaviləsinə sədaqət və ya tabe olmamaq arasında seçim etməli olduğunu vurğulayıb.
 
İslam dünyasını qorumaq üçün müqavimət göstərməkdən başqa bir alternativin olmadığını bildirən Ayətullah İsa Qasım, Əsrin müqaviləsini izzət və dinin satılması adlandırıb: “Əsrin müqaviləsi və Manamadakı iqtisadi forum iki növ cinayət kimi qəbul edilir. Əgər İslam ümmətinin zəkasını belə imtahana çəkmək istəyirlərsə qətiyyən uğursuz olacaqlar”.

Google+ WhatsApp ok.ru