Ayətullah Xamenei şəhid Süleymaniyə cənazə namazı qılacaq

Ayətullah Xamenei şəhid Süleymaniyə cənazə namazı qılacaq

Süleymaninin dəfninin vaxtı və yeri açıqlanıb

Cümə günü sübh tezdən şəhadətə qovuşmuş general Qasim Süleymaninin nəşi İraqda vida yürüşlərinin keçirilməsindən sonra İranın Məşhəd şəhərinə yola salınacaq.
 
Maide.Az "Tasnimnews"a istinadla xəbər verir ki, İslam İnqilabı Keşikçilər Korpusu bəyanat yayaraq bildirib ki,  İraq xalqının  vida yürüşünün ardınca  bu gün şəhid Süleymaninin nəşi İranın Məşhəd şəhərinə  yola salınacaq.
 
Öncə vida mərasimi bazar günü müqəddəs Məşhəd şəhərində keçiriləcək. Birinci gün  Tehranda Ali Rəhbər Ayətullah Xameneinin imamətliyi ilə cənazə namazı qılınacaq. Bundan sonra isə generalın cənazəsi dəfn üçün doğulduğu Kerman şəhərinə yola salınacaq. Dəfn mərasimi həftənin ikinci günü Kirman şəhərində keçiriləcək. 
 
 

Google+ WhatsApp ok.ru