Aytəkin İmranova: “Sakinlərlə alqı-satqı aparılmadan evləri sökmək istəyirlər”

Aytəkin İmranova: “Sakinlərlə alqı-satqı aparılmadan evləri sökmək istəyirlər”

“Sovetski” ərazisində söküntülər davam etdirilir. Belə ki, bir çox tarixi abidələrin sökülməsi prosesi ictimaiyyətdə çox neqativ reaksiyalar doğurur. Amma bütün bunlara baxmayaraq hökumət söküntülərdə israr edir. Tarixi binaların söküntüsü tam sürətlə davam etdirilir. Problemlərdən biri də budur ki, bəzi binaların sakinləri ilə ümumiyyətlə alqı-satqı aparılmayıb. Bu da sakinlərdə daha artıq narazılıq doğurur.
 
"Tarix-mədəni və təbii irsi qoruma" QHT-nin ictimai nəzarət komitəsinin rəhbəri Aytəkin İmranova Deyerler.Org-la fikirlərini bölüşərkən deyib ki, bu gün “Sovetsiki”də növbəti dəfə digər tarixi binanın söküntüsünə cəhd edilib: “Mustafa Sübhi 60-61 ünvanında sökülən bina, qeyd edilən abidələrdən biri hesab edilir. Bir neçə gün əvvəl bu binanın sakinlərinin işığı, qazı, suyu kəsilib. Qonşular bu binanın sakinlərinin kommunal ehtiyaclarını bir təhər həll ediblər. Bu binanın problemi ondan ibarətdir ki, bina sakinləri ilə heç bir alqı-satqı olmayıb. Yəni, bu binanın sakinləri ilə heç bir danışıq olmayıb. Sakinlər də oturub evlərində sadəcə olanları müşahidə edirlər. Bu bina da bizim abidə saydığımız Nazirlər Kabinetinin saymadığı abidələrə aiddir. Evin sahibi Nurməmmədova Mahirə bizimlə daima əlaqə saxlayır. Bu xanım orta yaşlı qadındır və Ramazan ayında oruclu haldadır. Xanım bizimlə danışanda çox narahat halda danışır. Yəni, bu evin sakinləri ilə heç bir danışıq aparılmır. Onlara heç bir müavinət təklif edilmir. Bu baxımdan sakinlər çox anlaşılmaz bir vəziyyətdədirlər. Kommunal xətlər kəsilir, amma bina sakinləri sonradan bərpa edirlər. Sakinlər bu işə görə cərimələnəcəklərindən narahatdırlar. Yəni, Mustafa Sübhi ünvanında yaşayan sakinlər sadəcə öz durumlarına aydınlıq gətirilməsini arzulayırlar”.
 

Google+ WhatsApp ok.ru