Ayətullah Rasti Kaşani vəfat edib 21 Sentyabr 2017 01:00 Dünya Uzun illər Qum və Nəcəf elmi hövzəsinin ustadlarından olan Ayətulah Hüseyn Rasti Kaşani vəfat edib. Maide.Az xəbər verir ki, mərhum Hüseyn Rasti Kaşani 1927-ci ildə Kaşan şəhərində dünyaya gəlib. İbtidai təhsilini Kaşanda bitirdikdən sonra Kaşan dini elmi hövzəsində təhsilini davam etdirib. Oradan Quma gedib. Fəlsəfə, Kəlam və Təfsir dərslərini Qumda bitirdikdən sonra Nəcəf şəhərinə yollanıb və orada Ayətullah Xoyidən dərs alıb. Ayətullah Rasti Kaşani 25 ildən çox Nəcəf şəhərində dərs və elmi tədqiqatla məşğul olub. Nəcəf dini elmi hövzəsində dərs deyib və çoxlu şagirdləri olub. İslam İnqilabından öncə İmam Xomeynini (rə) şah rejimi Nəcəf şəhərinə sürgün etdikdən sonra Ayətullah Rasti Kaşani öz dərsini tətil edib, özü və şagirdləri İmam Xomeyninin (rə) dərslərində iştirak edib. Ayətullah Rasti Kaşani İmam Xomeyini (rə) sağ olduğu vaxt, onun tərəfindən Qum dini elmi hövzəsinin işlərinin təşkilatlandırılması və Qum Elmi Hövzəsinin idarəetmə şurasının yaradılması məqsədi ilə nümayəndə təyin olunub. O, İmam Xomeyni (rə) istiftaat ofisinin üzvü, Qum Dini ELMi Hövzəsinin Ali Şurasının sədri, Xobreqan Ekspertlər Məclisinin birinci və ikinci dövründə nümayəndə və digər vəzifələrdə çalışıb. Mərhum Ayətullah Rasti Kaşani ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib. / Teqlər : #Ayətullah Rasti Kaşani vəfat edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çilidə naməlum şəxslər kilsələri yandırıblar Meksika zəlzələsi: Dağılmış məktəbdə sağ qalanları tapmaq üçün yarış
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO