Azərbaycanda havanın temperaturu 37 dərəcəyə yüksələcək

Maide.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Mətbuat Xidmətindan Maide.az-a verilən məlumata görə: Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. 
 
Havanın temperaturunun gecə 20-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında
 
İyulun 03-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək. 
 
Havanın temperaturunun gecə 20-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. 

Google+ WhatsApp ok.ru