Nurçular Azərbaycanda hərəkətə keçdi - Şok fəallıq

Nurçular onlara məxsus məktəblərin və hazırlıq kurslarının fəaliyyətinin yeni adlar altında bərpa olunmasına cəhdlər göstərirlər.
 
Axar.az-a daxil olan məlumata görə, nurçular Azərbaycanda onlara aid təhsil müəssisələrinin və hazırlıq kurslarının fəaliyyətinin dayandırılması ilə bağlı barışmaq niyyətində deyillər. Artıq həmin məktəblərin, xüsusilə də "Araz" kurslarının fəaliyyətinin başqa adlar altında bərpa olunması istiqamətində addımlar atılır. Bu məqsədlə yeni şirkətlər qeydiyyatdan keçirilir. Hazırda "Zirvə" adlı belə bir şirkətin yaradıldığını müəyyənləşdirmək mümkün olub.
 
Əldə etdiyimiz digər məlumata görə, vaxtilə nurçuların məktəblərini bitirmiş və hazırda müxtəlif təhsil müəssisələrində, dövlət orqanlarında, özəl sahələrdə çalışan şəxslərlə intensiv əlaqələr saxlanılır. Bu məsələdə Azərbaycanın regionlarında yaşayan və işləyən məzunlara xüsusi diqqət ayrılır. Məzunlar Bakıya dəvət edilir, onlara aldıqları məvacib qədər aylıq maaş vəd olunur, nurçuluq ideyasının təbliği, yeni ardıclıların və tərəfdarların tapılması və ümumi işə cəlb edilməsi ilə bağlı təlimatlar verilir. Hesab edilir ki, nurçular bu yolla itirilmiş mövqelərini bərpa etməyə, həm dövlət idarəçiliyi sistemində, həm də cəmiyyətdə yeni təsir imkanları qazanmağa çalışırlar.

Google+ WhatsApp ok.ru