Azərbaycanda qadın oğurluqları əsasən nə ilə bağlıdır? 04 İyul 2014 01:00 Xəbərlər Statistik rəqəmlərə əsasən, Azərbaycanda qadınlar daha çox evlənmək məqsədi ilə oğurlanır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Maide.az-a verilən məlumata görə, ötən il Azərbaycanda qadınlara və yetkinlik yaşına çatmayanlara qarşı qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində baş vermiş 713 cinayətin 14-ü adam oğurluğu ilə bağlı olub. Adam oğurluğu ilə bağlı olan cinayətlərin 11-i evlənmək məqsədi ilə edilib. Adam oğurluğu cinayətlərinin 5-i uşaq oğurluğu olub ki, onun da 3-ü evlənmək məqsədilə törədilib. Ümumilikdə isə Azərbaycanda qadınlara qarşı törədilən adam oğurluğu cinayətlərinin sayı azalıb. Belə ki, 2012-ci ildə Azərbaycanda qadınlara qarşı 19, 2011-ci ildə 16 adam oğurluğu cinayəti törədilib. 2012-ci ildəki adam oğurluğu hallarının 18-i, 2011-ci ildə isə 16-ı da evlənmək məqsədi ilə olub. Teqlər : #Azərbaycanda qadın oğurluqları əsasən nə ilə bağlıdır?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ziya Məmmədov Sabir Rüstəmxanlının oğluna vəzifə verdi Bakı Metrosunda problem: sərnişinlər vaqondan düşürüldü