Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdə atəşə tutulub 23 İyul 2014 01:00 Hərb Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulub. Maide.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub./ Teqlər : #Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdə atəşə tutulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəbhə bölgəsində güllə yarası almış əsgərin üzərində unikal damar əməliyyatı aparılıb İsrail ordusunda kütləvi fərarilik iddiası
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'