Azərbaycan Rusiya ilə Xəzərdə birgə təlim keçirəcək 23 İyul 2014 01:00 Hərb Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin S-001 bort nömrəli sərhəd gözətçi gəmisi Rusiyanın Mahaçqala limanına səfər edib. maide.az-ın məlumatına görə, DSX Sahil Mühafizəsinin rəis müavini Hacıəli Hacıəliyevin başçılığı ilə gəmi heyəti Azərbaycan və Rusiya sərhədçilərinin iyulun 24-də Xəzər dənizində keçiriləcək birgə təlimində iştirak edəcək. Təlim dəniz bioloji resurslarının mühafizəsi ilə bağlı olacaq. Azərbaycan gəmisi ilə birgə açıq dənizə Rusiyanın "Brilyant" layihəli iki gəmisi və iki hərbi kater çıxacaq. Agentliyin məlumatına görə, cari ilin sentyabr ayında Həştərxanda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan dəniz bioloji resurslarının mühafizəsi üzrə razılaşmanı imzalamağı planlaşdırır. (APA) / Teqlər : #Azərbaycan Rusiya ilə Xəzərdə birgə təlim keçirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əsgər özünü güllələyib Cəbhədə atışma səngimir
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'