Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, yağış yağacaq 29 İyul 2014 01:00 Ölkə İyulun 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin açıqlamasında bildirib ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 29-34, dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq. Apa / Teqlər : #Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq,#yağış yağacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sumqayıtda da Fitr Bayramı namazı qılınıb (FOTO) Tanınmış ruhani vəfat edib - FOTO