Azərbaycanlılar Türkiyə-Ermənistan sərhədində aksiya keçiriblər 12 Avqust 2014 01:00 Dünya Türkiyədə yaşayan azərbaycanlılar Türkiyə - Ermənistan sərhədində aksiya keçiriblər. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Türkiyə Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu və təşkilatın İğdır şöbəsi İdarə Heyətinin üzvləri İğdırdakı Əlican sərhəd-keçid məntəqəsinin qarşısından Azərbaycana dəstək mesajı göndəriblər. Əlican qapısına geniş bir heyətlə gəlmiş təşkilat üzvləri son vaxtlar Ermənistanın hücumları nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmasından dərin kədər ifadə edərək, “Azərbaycanın yanındayıq” bəyanatını veriblər. Ə. Türkoğlu açıqlamasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaşanan gərginliyin məhz Ermənistan tərəfinin hücumlarından qaynaqlandığını vurğulayıb. O, Azərbaycanın şəhid olmuş əsgərlərinin ailələrinin dərdini bölüşdüyünü və yaralılara şəfa dilədiyini deyib. Azərbaycanın hər zaman bölgədə sülh və sabitliyin tərəfdarı olduğunu bildirən Ə. Türkoğlu qeyd edib ki, Azərbaycanın Ermənistanın hücumlarının qarşısını alacaq gücü var: “Son günlər cəbhə xəttində Azərbaycan ordusunun güclü duruşu bunu bir daha sübut etdi”. Ən yaxın zamanda Dağlıq Qarabağ və ətraf rayonların azad olunacağına ümid bəsləyən təşkilat sədri bu yolda Azərbaycana hər cür dəstəyi göstərəcəklərini deyib. Ənvər Türkoğlu eyni zamanda Türkiyə ilə Ermənistan arasındakı Əlican sərhəd-keçid məntəqəsinin ancaq Azərbaycan torpaqlarının işğaldan azad edildikdən sonra açıla biləcəyini, digər şərtlərdə qapının açılmasının qəbuledilməz olduğunu söyləyib. Teqlər : #Azərbaycanlılar TürkiyəErmənistan sərhədində aksiya keçiriblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vəhhabi şeyxi baş kəsərkən alınan ləzzətdən ağızdolusu danışır - VİDEO İŞİD-in Suriyadakı əmiri Əbu Həmzə əl Ənsari öldürülüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO