Azərbaycan istehsal etdiyi yeni döyüş texnikalarını Bakıda keçiriləcək beynəlxalq sərgidə ilk dəfə nümayiş etdirəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) gələn ay Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisində yerli mütəxəssislər tərəfindən hazırlanmış yeni döyüş texnikalarını ilk dəfə ictimaiyyətə təqdim edəcək.
 
Artıq yeni döyüş maşınları ilk testlərdən keçib. Onların üzərində müəyyən təkmilləşmə işləri aparılıb.
 
Maşınlar mina və güllələrə qarşı yüksək qorumaya malikdir və yerli istehsal olan döyüş modulu ilə silahlandırılıb. Hər iki döyüş maşının idarəetmə sistemi kompüterləşdirilib.

Google+ WhatsApp ok.ru