Azərbaycanlı əsgərin ayaqlarını kəsdilər

Türkiyədə müalicə alan azərbaycan əsgərlərindən birinin ayaqları kəsilib. Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib. Cəmil Çiçək azərbaycanlı əsgərlərə baş çəkdindən sonra jurnalistlərin suallarını cavablandırarkən əsgərlərimizdən birinin ayaqlarının kəsildiyini, digərinin isə reanimasiyada ağır vəziyyətdə olduğunu bildirib. 
 
Cəmil Çiçək diversiya-təxribat cəhdləri və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərimizə tez bir zamanda sağalmasını diləyib.
 
Qeyd edək ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə basqınları nəticəsində bir neçə əsgərimiz yaralanmışdı. Yaralanan əsgərlərimizdən üçü avqustun 9-dan müalicələrini Türkiyədə davam etdirirlər. 

Google+ WhatsApp ok.ru