Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid məntəqələrindəki vəziyyət müzakirə olunub - FOTO

İslam Respublikası Sərhəd Qoşunlarının Azərbaycanda səfərdə olan komandanı, general-mayor Qasım Rzai bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevlə görüşüb.

Maide.az-ın DSX-nin mətbuat xidmətinə istinadən məlumatına görə,Avqustun 17-də Döv­lət Sərhəd Xidmətinin Apa­ratında general-mayor Qasım Rzainin təntənəli qarşılanma məra­simi keçiri­lib. Rəsmi protokola uyğun olaraq, İran İslam Respublikası Sərhəd Qo­şun­­la­rının Komandanı şərəf kitabına ürək sözlərini yazıb.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikası Sər­həd Qoşunlarının Komandanı general-mayor Qasım Rzainin rəh­bərlik etdikləri nümayən­də heyətləri arasında geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid məntəqələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, hər iki qurum arasında əməkdaşlığın möv­cud durumu və perspektivləri müzakirə olunub.

Müzakirələrdə qurumlar arasında əməkdaşlığın inkişaf dinamikası müsbət qiymətləndirilib, dövlət sərhədindən qaçaqmalçılığa, transsərhəd­ cinayətkarlığa qarşı, eləcə də digər qeyri-qanuni fəaliyyətlərin qarşısıın alınması üzrə qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Q. Rzai Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmək məqsədilə avqustun 16-18-də Azərbaycanda səfərdədir. /

Google+ WhatsApp ok.ru