Azərbaycan Nəqliyyat Nazirliyi: “Vahid kart sisteminin tətbiqi mümkün olmayacaq` 17 Avqust 2014 01:00 Ölkə “Azərbaycan Nəqliyyat Nazirliyinin (NN) tərəfindən Bakı Metropoliteni ilə birgə tətbiq edilməsi nəzərdə tutulan nəqliyyatda vahid kart sisteminin tətbiqi mümkün olmayacaq". Bunu APA TV-yə açıqlamasında Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov deyib. O bildirib ki, buna səbəb metronun tam ayrı struktur olması və orada tətbiq olunan kart sisteminin tamamilə fərqli formada calışmasıdır. N. Həsənov sözlərinə görə, əvvəlcə metro kartlarının ictimai nəqliyyatda da tətbiq olunması nəzərdə tutulub: “Lakin hazırda bu mümkün deyil. Çünki hər iki qurumda kartların tətbiq olunduğu texnologiyalar fəqlidir. Yeni quraşdırılan validatorlar master kart vasitəsi ilə idarə olunur. Avtobuslar üçün nəzərdə tutulan kartlardan yalnız taksilərdə, ictimai-iaşə müəssələrində və avtobuslarda istifadə etmək olar" Nazirlik sözçüsü onu da əlavə edib ki, bu strukturlarda kart sisteminin tətbiqinin 2015-ci ildə tam yekunlaşması nəzərdə tutulur. / Teqlər : #Azərbaycan Nəqliyyat Nazirliyi: Vahid kart sisteminin tətbiqi mümkün olmayacaq`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid məntəqələrindəki vəziyyət müzakirə olunub - FOTO Azərbaycan yeni sərnişin avtobusları əldə edəcək