Azərbaycanda yeni siyasi ittifaq yaradılır 12 Sentyabr 2014 01:00 Ölkə Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında Demokratik Qüvvələrin Birliyinin (DQB) növbəti toplantısı keçirilib. Bu barədə APA-ya AMİP sədri Yusif Bağırzadə məlumat verib. Y. Bağırzadə bildirib ki, iclasda KXCP, ALP, AMİP, Azad Demokratlar Partiyasının iştirakı ilə “Avropa seçimi” siyasi ittifaqı yaradılması qərara alınıb və bu istiqamətdə ilkin müzakirələr aparılıb: “Burada məqsəd Azərbaycanın Avropaya inteqrasiyasını daha da intensivləşdirmək və Azərbaycan mühitində Avropanın demokratik dəyərlərini bərqərar etməkdir”. Y. Bağırzadə qeyd edib ki, ittifaqın Azərbaycanda keçiriləcək bələdiyyə və parlament seçkilərində də iştirakı nəzərdə tutulur. Teqlər : #Azərbaycanda yeni siyasi ittifaq yaradılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Orta məktəblərdə iş dəftərlərinin istifadəsi məcburi deyil I sinfə gedəcək uşaqların sayı