I sinfə gedəcək uşaqların sayı

“Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq

Sentyabrın 15-i ölkəmizdə “Bilik günü” kimi qeyd olunur. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.

ANS PRESS-in məlumatına görə,  bu tədris ilində Azərbaycanda 138 min nəfərdən çox uşaq birinci sinfə gedir.

Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayır. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək.

Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb. /

Google+ WhatsApp ok.ru