Azərbaycanlı klan rəhbəri həbs edildi

Az əvvəl Dağıstanın hüquq-mühafizə orqanları Dərbənd rayonu administrasiyasının rəhbəri, Dağıstan azərbaycanlıları klanının lideri Qurban Qurbanovu həbs ediblər.
 
Hüquq-mühafizə orqanları onu 2009-2013-cü illərdə Qurbanov torpaq qanunvericiliyini pozaraq Dağıstan hökumətinin mülkiyyətində olan 56 hektar torpağı ayrı-ayrı şəxslərə verib.
 
Qurban Qurbanovun barəsində cinayət işi sentyabrın 16-da qaldırılmışdı. 1998-ci ildən bəri Dərbəndə başçılıq edən Qurbanovun problemləri vəzifəsindən istefa verməkdən imtina etməsindən sonra başladı. Xəbər verdiyimiz kimi Dağıstan rəhbəri Ramazan Abdulatipov Dərbənd rəhbərinin işində nöqsanlar olduğunu bəyan edərək ona vaxtından əvvəl istefa verməyə çağırıb. Lakin Q.Qurbanov istefa verməkdən imtina edib və öz tərəfdarlarını mitinqə toplayaraq müqavimət göstərib. Bundan sonra Dağıstanın hüquq-mühafizə orqanları onun administrasiyasına basqın edərək bütün sənədləri aparıblar. Ardınca ona qarşı cinayət işi qaldırılıb.
 
Qurbanov Dərbəndin azərbaycanlı klanının lideri idi. Ondan əvvəl rayona 1962-ci ildən etibarən atası Səid Qurbanov başçılıq edib. Qurbanovun qardaşı Maqomed isə Dağıstanın Bakıdakı nümayəndəsi idi və Abdulatipov hakimiyyətə gələndən sonra onu işdən azad edib.

Google+ WhatsApp ok.ru