Azərbaycanda azyaşlıların törətdiyi cinayətlər

Azərbaycanda azyaşlıların törətdiyi cinayətlərin statistikası açıqlanıb. 
Maide.az-ın məlumatına görə,  Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov bildirib ki, bütövlükdə son 1 il 6 ay ərzində müxtəlif qanun pozuntularına və nəzarətsizliyə görə polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 7890, o cümlədən dilənçilik edən 985 azyaşlı, eləcə də uşaqları qanunazidd fəaliyyətə cəlb edən və cəmiyyətə zidd həyat tərzi keçirən 297 valideyn gətirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bununla yanaşı, 117 cinayət törətmiş yetkinlik yaşına çatmayan 124 nəfərdən ibarət 41 qrup zərərsizləşdirilib, 729 cinayət törətmiş 756 azyaşlı müəyyən edilib.apa /

Google+ WhatsApp ok.ru