Azərbaycanda Qurban bayramı günlərində yol qəzasının statistikası açıqlanıb

Azərbaycanda Qurban bayramı günlərində yol qəzasının statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, oktyabrın 4-dən 7-nə kimi ölkə ərazisində 46 yol qəzası baş verib.

Yol qəzaları zamanı 8 nəfər ölüb, 55 nəfər xəsarət alıb.

K.Əliyev sürücüləri bir daha diqqətli olmağa çağırıb.
/

Google+ WhatsApp ok.ru