Azərbaycan və İran KİV üzrə birgə komitənin yaradılması məsələsini müzakirə edəcəklər

Azərbaycan və İran kütləvi informasiya vasitələri üzrə birgə komitənin yaradılması məsələsini müzakirə edəcəklər. Bu barədə çərşənbə günü Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Diplomatik nümayəndəlikdən bildiriblər ki, göstərilən məsələ oktyabrın 9-da İran Dövlət Televiziya və Radiosunun rəhbəri İzzətulla Zərqaminin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində müzakirə olunacaq.

İran nümayəndə heyətinin səfəri Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun dəvəti ilə baş tutub.

Səfirlikdən bildiriblər ki, səfər çərçivəsində KİV sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi və treninqlərin təşkili, birgə film və televiziya seriallarının çəkilişi, tele və radioyayım sahəsində texniki kursların təşkili məsələlərinə baxılacaq.

Bundan başqa, Zərqami Azərbaycnın bəzi KİV və televiziya kanallarının rəhbərləri ilə görüşlər keçirəcək./

Google+ WhatsApp ok.ru