Azərbaycanda uşağı belə xilas etdilər - REAL GÖRÜNTÜ

Bağlı qapı arxasında 3 yaşlı uşaq xilas edilib. Maide.az APA TV-yə istinadən xəbər verir ki, hadisə oktyabrın 8-də Nizami rayon Qara Qarayev küçəsi 69 ünvanında qeydə alınıb.
 
Saat 14.30 radələrində FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinə çağırış gəlib. 
 
Dərhal çağırışa reaksiya verilib, çevik Xilasetmə Xidməti hadisə yerinə yollanıb. 3 yaşlı Aylin Mehfaliyeva qapını arxadan bağlayıb və sonra aça bilməyib.
 
Xilasetmə qüvvələri alət və avadanlıqlardan istifadə edərək qapını açıblar.
 
Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi Könül Tülparova deyib ki, 2011-ci il təvəllüdlü Aylin Mehfaliyeva Elçin qızı evdə qalıb. Qapını arxadan bağlayıb və sonradan onu aça bilməyib.

Google+ WhatsApp ok.ru