Azərbaycan Silahlı Qüvvələrində KİV nümayəndələri ilə işin təşkili haqqında Təlimat hazırlanıb 15 Oktyabr 2014 01:00 Hərb Azərbaycan müdafiə nazirinin qərarı ilə «Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat» hazırlanıb. Maide.az-ın məlumatına görə, bu barədə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin «Azərbaycan Ordusu qəzetində yayımlanmış məqaləsində qeyd olunub. Məqalədə bildirilib ki, prezident İlham Əliyevin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında» sərəncamının icrası məqsədilə hazırlanmış təlimatda KİV nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistlərin hərbi obyektə buraxılması qaydaları və digər məsələlər əksini tapıb: «Kütləvi informasiya vasitələri ilə necə işləmək və münasibətləri hansı formada qurmaq mövzusunda bilik və təcrübəyə yiyələnmiş şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunu başa vurmuş bir qrup hərbi qulluqçunun ilk buraxılışının həyata keçirilməsi, KİV nümayəndələrinin Silahlı Qüvvələrin hərbi hissələri və müəssisələrində fəaliyyət göstərməsinə dair akkreditə qaydalarının hazırlanması istiqamətində görülən işlər, hərbi mövzuda ixtisaslaşan jurnalistlər üçün seminarların, hərbi hissələrə səfərlərin təşkili məsələlərinin müəyyən edilməsi, mətbuat konfranslarının keçirilməsi və digər fəaliyyətlər də nazirliyin diqqət mərkəzindədir». Teqlər : #Azərbaycan Silahlı Qüvvələrində KİV nümayəndələri ilə işin təşkili haqqında Təlimat hazırlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təmas xəttində monitorinq keçiriləcək ABŞ-ın yüksək çinli rəsmisindən Üçüncü Dünya müharibəsi anonsu
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'