Azərbaycanın xarici ölkələrdəki konsullarının səlahiyyətləri məhdudlaşdırıldı

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri məhdudlaşdırıldı.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Konsul Nizamnaməsinə dəyişikliklər edilib.

Nizamnamənin 39-cu maddəsinə edilən dəyişikliyə görə, konsul Azərbaycan Respublikası ərazisinə daxil olmaq, onu tərk etmək, bu ərazidən tranzitlə keçmək üçün verilən vizaların vaxtını uzatmaq və verilmiş vizalarda dəyişikliklər etmək hüququndan məhrum edilir. /

Google+ WhatsApp ok.ru