Azərbaycanda güllə keçirməyən şüşələrin istifadəsinə başlanıb

 Azərbaycanda yerli istehsal olan güllə keçirməyən şüşələrin istifadəsinə başlanılıb.
 
Bu barədə APA-ya güllə keçirməyən şüşələrin istehsalını həyata keçirən “Glass House” şirkətinin satış meneceri Elməddin Ağamalıyev məlumat verib.
 
Şirkət nümayəndəsinin sözlərinə görə, bu şüşələr bankların və digər obyektlərin mühafizəsində istifadə oluna bilər. Eləcə də fərdi şəxslər evlərinin təhlükəsizliyi üçün şüşələrlə maraqlanmağa başlayıblar.
 
Hazırda şirkət Azərbaycanda istehsal olunan güllə keçirməyən şüşələrin ixracı istiqamətində iş aparır. /

 

Google+ WhatsApp ok.ru