Diqqət! Bu gecə Azərbaycan qış vaxtına keçir

Azərbaycan Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir, qış vaxtına keçirilir. Hər il mart ayının son bazar günü isə əqrəblər bir saat qabağa çəkilməklə yay vaxtı tətbiq olunur.
Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Beləliklə, oktyabr ayının 26-da Azərbaycan ərazisində qış vaxtına keçiləcək. Həmin gün saat 05.00-da saatların əqrəbləri 1 saat geri çəkiləcək, bununla da, ölkə qış vaxtına keçəcək.

Bəzi mütəxəssislərin fikrincə, saat əqrəblərinin bir saat irəli, ya geri çəkilməsi əhalinin yalnız 10-15 faizində narahatlıq yarada bilər. 2-3 gündən sonra isə bu, vərdiş halına çevrilir./

 

Google+ WhatsApp ok.ru