Azərbaycan İslam Partiyasının idarə heyətinin üzvləri polisə çağrılıb

İslaminsesi.org-un verdiyi xəbərə görə, noyabrın 8-də günorta radələrində Azərbaycan İslam Partiyası qərargahına Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən basqın olub. Heç bir əsas göstərilmədən bir qrup polis partiyanın ofisinə soxulub və idarə heyətinin sənədləri tələb olunub.Bir neçə saat sorğu sual olunduqdan və sənədlər yoxlanıldıqdan sonra noyabrın 9-da şəxsiyyət vəsiqələri ilə idarəyə gəlmələri tələb edilib.Səbəb barədə şoruşduqda isə polis əməkdaşları bunun tapşırıq olduğunu və yalnız sabah şöbədə izah edəcəklərini bildiriblər. /

Google+ WhatsApp ok.ru