Milli Şuranın mitinqi

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, Milli Şuranın “Siyasi məhbuslara azadlıq” tələbi ilə keçirdiyi mitinq qətnamə oxunduqdan sonra sona çatıb. 
 
*   *   *   *
 
Milli Şura bu gün Bakıda növbəti dəfə mitinq keçirib.
 
Musavat.com-un verdiyi məlumata görə, Milli Şuranın bu dəfəki mitinqi bu gün saat 15:00-a baş tutub. 
 
“İnşaatçılar” metrosunun yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək mitinqdə əsas şüar kimi “Siyasi məhbuslara azadlıq” tələbi səsləndirilib.
 
Mitinqdə təhlükəsizliyin və asayişin qorunması üçün aksiyanın keçirildiyi əraziyə polis əməkdaşları cəlb olunub.
 
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, mitinqdən əvvəl aksiya iştirakçıları ilə jurnalistlər arasında "dəmir hasar" çəkilib. Ancaq mətbuat nümayəndələrinin kəskin etirazlarından sonra həmin "dəmir hasar" yığışdırılıb.
 
Milli Şuranın rəhbərlərinin mitinqə gecikdiyi bildirilir.
 
Xatırladaq ki, Milli Şuranın bu günkü mitinqinin keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.Musavat/ 
 

Google+ WhatsApp ok.ru