Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi iş adamı kimdir?

Azərbaycan avstriyalı iş adamı barəsində beynəlxalq axtarış elan edib.Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
 
Məlumatda qeyd olunur ki, Avstriya vətəndaşı, 67 yaşlı Reyter Maksimilyan Pottenşteyn vergidən yayınmada təqsirləndirilir. Azərbaycanı tərk etdiyi üçün hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət edib.
 
Reyter Maksimilyan Pottenşteyn Azərbaycanda bizneslə məşğul olub.

Google+ WhatsApp ok.ru