Ermənistan parlamenti Dağlıq Qarabağın “müstəqilliyinin” tanınmasını müzakirə edəcək

Ermənistanın parlamenti çərşənbə axşamı, “Naslediye” müxalifət fraksiyasından olan Zarui Postancanyan tərəfindən deputatlara təqdim edilmiş, “Dağlıq Qarabağ və Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsinin əsas hərbi-siyasi müdəalarının konsepsiyası barədə” qanun layihəsinin müzakirə edəcək.
 
“Xarici müasibətlər üzrə daimi parlament komisiyasının layihəsi üzrə qərarın mövcud olmamasına baxmayaraq müzakirə ikinci gün baş tutacaq, belə ki, “Naslediye” layihəni təcili sməsələ kimi təqdim edib”, - bazar ertəsi parlamentin spikeri Qalust Saakyan bəyan edib.
 
“Naslediye” tərəfindən təqdim edilmiş layihə: “Dağlıq Qarabağ Respublikasını” tanımağı; “Dağlıq Qarabağ Respublikası” və Ermənistan Respublikası sərhəddində gömrük, sərhəd məntəqələrinin  digər dövlət və beynəlxalq təşkilatlar tərəfindən təyin edilməsinin istisna edilməsini; “Dağlıq Qarabağ Respublikası”, Ermənistan və Azərbaycan sərhədlərində digər ölkələr və beynəlxalq təşkilatlar tərəfindən silahlı qüvəllərin yerləşdirilməsinin istisna edilməsini; Ermənista Respublikasının və “Dağlıq Qarabağın” “müstəqilliyini və ərazi bütövlüyünü” təhülkə altında qoyan təşkilatlara Ermənistanın üzv edilməsini istisna edilməsini nəzərdə tutur
 
“Naslediye” fraklsiyası indiki 131 nəfərlik parlamentə dörd yer tutur, qanun layihəsini 2009-cu ildə təqdim edib.
 
O gündən bəri bu sənəd dəfələrlə Ermənistanın iqtidar partiyası tərəfindən imtina edilib. Ermənistan parlamentariləri  “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyini tanımağa etirazlarını bu münqaişənin sülh yolu ilə həll edilməsinə zərər yetirmək istəmədikləri ilə əsaslandırıblar. Ermənistan XİN bu məsələyə eyni səbəbdən vaxtından öncə müraciət edildiyini düşünür. 

Google+ WhatsApp ok.ru