Azərbaycan sinoptiklərindən xəbərdarlıq: hava yenidən soyuyacaq 14 Noyabr 2014 02:00 Ölkə Temperatur 4-6 dərəcə enəcək Noyabrın 16-dan ölkə ərazisində hava şəraiti yenidən soyuyacaq, temperatur 4-6 dərəcə enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə deyib ki, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, noyabrın ikinci ongünlüyünün sonuna kimi havanın qeyri-sabit keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Noyabrın 17, 18, 19-da gündüz saatlarında havanın temperaturu 8-10 dərəcəyə yaxın olacaq. Noyabrın 16-ı axşamdan noyabrın 18-i səhərə kimi şimal küləyinin arabir güclənəcəyi gözlənilir. Bu müddət ərzində tutqun hava şəraiti üstünlük təşkil edəcək. Havanın fasilələrlə yağıntılı olacağı ehtimal olunur. Respublikanın rayonlarında isə proses noyabrın 16-da qərb rayonlarından başlayaraq, müşahidə ediləcək. / Teqlər : #Azərbaycan sinoptiklərindən xəbərdarlıq: hava yenidən soyuyacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Girov Dilqəm Əsgərovun babası SSRİ Ali Sovetinin deputatı olub İran Azərbaycanı Culfa-Qulubəyli-Aslandüz dəmir yolunun tikintisinə sərmayə yatırmağa çağırır