Girov Dilqəm Əsgərovun babası SSRİ Ali Sovetinin deputatı olub

Millət vəkili Aydın Mirzəzadə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun ailəsində olub. Maide.az-ın məlumatına görə, bu barədə deputat özü yazıb. 

Millət vəkili onun oğlanları, həyat yoldaşı, bacıları və bir neçə digər qohumları ilə söhbət edib. "Dilqəmi çox mərd və vətənpərvər bir şəxs kimi təsvir etdilər, söylədikləri hadisələr onun məhz elə olduğunu sübut edirdi. Sadə bir zəhmət adamı olub, onun söhbətlərinin əsas mövzusu ancaq Vətən, Kəlbəcər həsrəti olub".

A.Mirzəzadə bildirib ki, Dilqəm Əsgərovun məsələsinin dövlətin diqqətindədir və hər bir azərbaycanlı onunla qürur duyur. Ailəsi xalqın Dilqəmin, Şahbazın və rəhmətlik Həsən Həsənovun məsələsi ilə yaxından maraqlandığından çox razı qaldıqlarını bildirdilər.

Dilqəm SSRİ Ali Sovetinin deputatı olmuş şəxsin nəvəsidir.



Google+ WhatsApp ok.ru