Azərbaycan sərhədində atışma:yaralı var 18 Noyabr 2014 02:00 Hadisə Hadisə Cəlilabad rayonunun Bayaxanlı kəndi yaxınlığında baş verib İran Azərbaycan sərhədində atışma olub. Bu barədə yerli sakinlər ANS PRESS-in bölgə müxbirinə məlumat veriblər. Məlumata görə, hadisə rayonun Bayaxanlı kəndi yaxınlığında baş verib. İrandan qaçaq yolla Azərbaycana narkotik maddə keçirən şəxslərlə sərhədçilər arasında baş verən atışma zamanı İran İslam Respublikası vətəndaşı yaralansa da, hadisə yerindən qaça bilib. Lakin əməliyyat zamanı bir nəfər, Cəlilabad rayon Məlikqasımlı kənd sakini həbs olunub. Məlumata görə, sərhəd pozucuları İrandan Azərbaycan qanunsuz olaraq külli miqdarda narkotik maddə keçirməyə cəhd göstəriblər. Faktla bağlı araşdırma aparılır. / Teqlər : #Azərbaycan sərhədində atışma:yaralı var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mingəçevirdə 7 gün öncə kanalda batan iki qardaşdan birinin cəsədi tapılıb Polisdən əməliyyat: 50 cinayət törətmiş qrup yaxalandı