Azərbaycan və İran arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq

İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın  Bakıya səfəri başlayıb. Bunu Maide.az-a eksklüziv açıqlamasında İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi deyib.
 
İ.İbrahimi bildirib ki, Ə.İ.Türkman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının dəvəti ilə Bakıda səfərdədir. "Bu gün səhər şəhidlər xiyabanı və fəxri xiyabanı ziyarət edəcək. M.Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşəcək.
 
İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri deyib ki, görüşlərdə iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığının genişləndirilməsi məqsədi ilə imzalanacaq sənəd müzakirə olunacaq: "Bundan başqa, dini sahədə əməkdaşlığın inkişafı məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə protokolun hazırlanması məsələsi müzakirə olunacaq".

Google+ WhatsApp ok.ru