Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi cəbhə bölgəsinə gedib 03 Dekabr 2014 02:00 Hərb Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Azərbaycan Silahlı Qüvvələrinin yeni tədris ilinə hazırlığı yoxlanılır. Maide.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir. Yeni tədris ilinə hazırlıq məqsədilə keçirilən kompleks tədbirlər çərçivəsində bütün birlik, birləşmə və hərbi hissələrin döyüş qabiliyyəti, maddi-texniki-tədris bazasının vəziyyəti və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji durumu, nizam-intizamı və sosial şəraiti yoxlanılır. Teqlər : #Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi cəbhə bölgəsinə gedib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 37 dəfə pozulub Tovuz rayonu atəşə tutuldu
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'