Azərbaycanda hərbi maşın minaya düşüb, ölən və yaralanan var - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri minaya düşüb.
 
Maide.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hərbi maşının minaya düşməsi nəticəsində 1980-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlu həlak olub.
 
Digər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Eşqin Alı oğlu Şahvələdov isə yaralanıb. Yaralı əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyə edilib.
 
Hazırda əsgərin vəziyyəti kafidir, o, həkimlərin nəzarəti altındadır.

Google+ WhatsApp ok.ru