Azərbaycanda agentlik rəhbəri vəfat edib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov vəfat edib.
 
Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib. N.İsmayılov uzun sürən xəstəlikdən axşam saatlarında dünyasını dəyişib.  
 
Qeyd edək ki, N.İsmayılov ANAMA-nın yaradıldığı tarixdən - 1998-ci ildən agentliyin rəhbəri vəzifəsində çalışıb.
O, fəaliyyətinə görə bir neçə dövlət mükafatı ilə təltif olunub.
 
Allah rəhmət eləsin! 

Google+ WhatsApp ok.ru