Vurulan icra başçısı klinikaya yerləşdirildi

Gəncədə sakinlər tərəfindən xəsarət yetirilən Nizami rayonunun icra başçısı Nizami Hacıyev klinikaya yerləşdirilib.  
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanası baş həkim Azad Quliyev qafqazinfo-ya açıqlamasında bildirib ki, başına daşın dəyməsi nəticəsində xəsarət alan rayonun icra başçısı dünən klinikaya yerləşdirilib.  
 
Həkimin sözlərinə görə, icra başçısı qapalı beyin-kəllə travması alıb, tamoqrafiyası çıxarılıb və səhhətində ciddi problem olmadığı məlum olub. Yaralıdünən Gəncə Mərkəzi Klinik Xəstəxanasına köçürülüb. 
 
Qeyd edək ki, dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər.
 
Cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və  orada olan  rayon İcra Hakimiyyətinin başçısı və müavini xəsarət alıb, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.
Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanıb. /

Google+ WhatsApp ok.ru