Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu açıqlandı

Həftənin ilk iş günü Azərbaycanda buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
 
Temperaturun gecə 3-5 dərəcə isti, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu təşkil edəcək.
 
Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
 
Səhər saatlarında duman olacaq. Şərq küləyi 5-10 m/s güclənəcək.
 
Havanın temperaturu gecə 1dərəcə şaxtadan 4dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
 
Aran rayonlarında dekabrın 15-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Saniyədə 5-10 m/s şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
 
Dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. /
 

Google+ WhatsApp ok.ru