Azərbaycan və Gürcüstan “Şah Dəniz - 2” layihəsini müzakirə etdi – FOTO

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 25-də SOCAR Prezidenti Rövnəq Abdullayevlə görüşüb. Görüş şirkətin Gürcüstandakı 2014-cü ildə fəaliyyətinin yekunlarına həsr olunub. 

Tərəflər “Şah Dəniz - 2” cənub qaz dəhlizinin həyata keçirilməsi üzrə görülən işləri müzakirə ediblər.  Qeyd olundu ki, layihədə əsas rollardan biri tranzit ölkə kimi Gürcüstanın payına düşür. 

Qeyd edək ki, “Şah Dəniz - 2” layihəsinin həyata keçirilməsinə cari ilin sentyabrında başlanılıb. O zaman bir sıra ölkə liderləri, həmçinin Gürcüstanın baş nazirinin iştirakı ilə Bakıda layihənin başlanması ilə bağlı rəsmi tədbir keçirilmişdir

Görüşdə həmçinin SOCAR-ın Gürcüstandakı Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn iştirak edib.

(oxu.az)

Google+ WhatsApp ok.ru