Azərbaycan Respublikasının Müdafiə nazirini Bəhreyn Kralı qəbul edib

Bəhreyn Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Bəhreyn Kralı Şeyx Həməd bin İsa Əl Xəlifə qəbul edib.
Bu cür səfərlərin ikitərəfli əməkdaşlığın möhkəmlənməsi, eləcə də xalqlarımız və ölkələrimiz arasında müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi üçün faydalı olduğunu vurğulayan Kral bütün səviyyələrdə, xüsusilə də hərbi və müdafiə sahələrində münasibətlərin genişləndirilməsinin tərəfdarı olduğunu bir daha qeyd edib.
Görüşdə regional və beynəlxal məsələlərə dair fikir mübadiləsi aparılıb.

Google+ WhatsApp ok.ru