Azərbaycan və İran gömrük sahəsində yeni sənəd imzalayacaq 30 Dekabr 2014 02:00 Ölkə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və İran Gömrük Xidməti arasında gömrük sahəsində informasiyaların mübadiləsi və vahid pəncərə sisteminin tətbiqi ilə bağlı memorandum imzalanacaq. Trend-in İran Gömrük Xidmətinin rəsmi xəbər saytına istinadən verdiyi məlumata görə, bu məsələ Tehranda iki ölkənin gömrük xidmətləri arasında müzakirə olunub. Məlumatda bildirilir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev və Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev Tehranda səfərdədir. Səfər çərçivəsində onlar bir sıra görüşlər keçirib və iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsini müzakirə ediblər. İqbal Babayev və Dilavər Fərzəliyev bazar günü Tehranın qərbində gömrük postunda olublar. Qeyd edək ki, İran Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasiyan sentyabrın 29-dan oktyabrın 2-dək Azərbaycanda səfərdə olub. / Teqlər : #Azərbaycan və İran gömrük sahəsində yeni sənəd imzalayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nazirdən Bakı kəndlərinə işləyən avtobuslara qadağa Yeni ilin ilk ayında hava necə olacaq?