Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ baş verib.

ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 03:00-da Naxçıvanın Ordubad rayonu ərazisində qeydə alınıb. Təkanlar yerin 5 km dərinliyində, 4,5 bal gücündə olub.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, Azərbaycanda son bir neçə gündə ardıcıl olaraq yeraltı təkanlar baş verir. Dünən yerli vaxtla saat 10:44-də Gəncədən 41 km cənub-şərqdə Goranboy ərazisində zəlzələ qeydə alınıb.

Bundan bir gün əvvəl isə saat 19:30-da mərkəzi Xəzərdə zəlzələ qeydə alınıb. Dənizdə 50 km dərinlikdə baş verən təkanın maqnitudası 3,5 bal gücündə olub. 2015-ci ilin ilk günündə də ardıcıl olaraq iki zəlzələ baş verib. /

 

Google+ WhatsApp ok.ru