Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayış iyunun 1-dən tələb olunacaq 28 Yanvar 2015 02:00 Ölkə Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması ilə bağlı qanunvericiliyə edilən düzəlişin qüvvəyə minməsi tarixi dəyişdirilir. Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan prezidentinin təqdimatı ilə Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək. Bununla bağlı qeyd olunan qanunun 2-ci maddəsində “yanvarın 1-dən” sözləri, “iyunun 1-dən” sözləri ilə əvəz edilir. Bu dəyişikliyi şərh edən komitə sədri Hadı Rəcəbli bildirib ki, buna səbəb tibbi arayışın tələb olunması və o arayışda göstəriləcək xəstəliklərin tərtib olunması ilə bağlı sənədlərin rekviditləşdirilməsinin yanvarın 1-dən qüvvəyə minməsi üçün çatdırıla bilməməsidir. Dəyişiklik plenar iclasa tövsiyə olunub. apa / Teqlər : #Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayış iyunun 1dən tələb olunacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Milli Məclisdən həkimlərə qadağa Prezidentdən məmurlara xəbərdarlıq