Azərbaycanda 12 nəfər dərmandan zəhərlənib

Yanvar ayı ərzində Azərbaycanda dərmanların əlavə təsiri nəticəsində allergik reaksiyadan zərər çəkən 12 nəfər Klinik Tibbi Mərkəzə müraciət edib.
 
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, dərmandan zəhərlənənlərdən 8-i xəstəxanaya yerləşdirilib.
 
Onun sözlərinə görə, xəstələrin hər birinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Dərmandan zəhərlənmə hallarının hamısının Bakıda baş verdiyini deyən A.Maqsudov qeyd edib ki, əsasən antibiotiklərin və vitamin preparatlarının təsiri nəticəsində belə hallar qeydə alınır.
 
Şöbə müdiri deyib ki, ötən ay xəstəxanaya sirkə turşusundan zəhərlənmə ilə bağlı 1 nəfər müraciət edib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hələki klinikada müalicəsini davam etdirir və yaxın günlərdə evə buraxılacaq.

Google+ WhatsApp ok.ru