Ucardan aksiya xəbəri gəldi

Ucar sakinləri polis şöbəsinin qarşısında yığışıblar. Maide.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu barədə hüquqşünas Taleh Xasməmmədov şəxsi Facebook səhifəsində məlumat verib. Onun sözlərinə görə, aksiya zamanı hətta saxlanılanlar da var:
 
“Ucar Rayon Polis İdarəsinin rəisi Tahir Quliyevin qohumu olan, Narkotik Ticarəti ilə Mübarizə bölməsinin rəisi Eldəniz İsmayılovun Ucar sakinlərini təhqir etməsi səbəbindən polis şöbəsinin qarşısında aksiya keçirilib. E.İsmayılov vəzifəsindən azad edilib. 15 nəfər də həbs edilib”.
 
Məsələyə aydınlıq gətirmək üçün ilk öncə Ucar rayon polis şöbəsilə əlaqə saxladıq. Şöbədən bildirdilər ki, deyilənlərin hamısı yalandır. Rayon ərazisində sakitlikdir. Heç bir problem yoxdur.
 
Ucar rayon İcra Hakimiyyətilə də əlaqə saxladıq. İcra Hakimiyyətindən də bildirdilər ki, deyilənlər sadəcə şayiədir.

Google+ WhatsApp ok.ru