Azərbaycanda şəhərlərdə ölən körpələrin sayı kəndlərdə ölən körpələrin sayını üstələməyə başlayıb

Azərbaycanda şəhər yerlərində körpə ölümü halları kənd yerləri ilə müqayisədə üstünlük təşkil edir.
 
Dövlət Statistika Komitəsindən Maide.az-a verilən məlumata görə, 1958-ci ildən başlayaraq, 2006-cı ilədək ölkədə körpə ölümü şəhər yerlərində kənd yerlərinə nisbətən daha aşağı olub. Lakin son illərdə bu göstərici şəhər yerlərində üstünlük təşkil edir.
 
2006-cı ildə ölkədə 1 yaşadək cəmi 1882 uşaq ölüb ki, ölüm hallların da 1082-si şəhər, 800-ü kənd yerlərində olub. Son illərdə isə bu fərq daha da nəzərəçarpan olub. Belə ki, 2011-ci ildə şəhər yerlərində 1536, kənd yerlərində 367 (cəmi 1903 ölüm), 2012-ci ildə şəhər yerlərində 1524, kənd yerlərində 360 (cəmi 1884), 2013-cü ildə şəhər yerlərində 1459, kənd yerlərində 403 (cəmi 1862) 1 yaşadək uşaq dünyasını dəyişib.
 
Qeyd edək ki, 2014-cü ilin göstəriciləri hələ açıqlanmayıb.

Google+ WhatsApp ok.ru