İmam Hüseynin (ə) şəhid olduğu yerin üzərindəki divarda kitabə yapışdırıldı – FOTO

Maide.az xəbər verir ki, İmam Hüseynin (ə) hərəminin qətligahında - İmamın Şəhid olduğu yerdə kitabə asılıb.
 
Hərəmin texniki mühəndisliki üzrə direktoru Kərim əl Ənbari bu haqda açıqlama verərək bildirib: “Üzərində “Əssəlamu Əlad Dimais Sailat” (Salam olsun həmişə axan qana) yazılmış kətibə iranlı məşhur sənətkarları tərəfindən düzəldilib.”
 
O daha sonra deyib: “Kətibənin xüsusiyyətlərindən biri də, kətibə üzərində 14 Məsum niyyətinə 14 ədəd Muhəmmədi Gülü (qızıl gül) və 12 İmam niyyətinə 12 gül tumurcuqları işlənilib. Kətibənin digər tərəfində isə, İmam Hüseynin (ə) barmağında gəzdirdiyi əqiq daşlı üzüyün şəkili həkk olunub və üzükün əqiq daşı üzərində də, İmam Sadiqdən (ə) nəql olunan rəvayətə görə, “İnnəllahə Baliğu Əmrih” (Şübhəsiz Allah İsdədiyini Çatdıracaq) kəlməsi yazılıb.”
 
Qeyd edək ki, kətibənin hündürlüyü 80 sm, eni 20 sm, uzunluğu isə, 4 m 25 sm-dir. Ümumi çəkisi 600 kq olan kitabə Tık ağacından düzəldilmiş qalib üzərinə çəkilmiş qızıl suya batırılmış mis lövhələrdən ibarətdir.
 

Google+ WhatsApp ok.ru