Azərbaycan NATO kalibrli avtomatın istehsalına başlayır - FOTO

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanmış EM-14 indeksli avtomat Abu Dabidə keçirilən İDEX-2015 sərgisində nümayişə çıxarılıb.
 
Maide.az “AzeriDefence”yə istinadən xəbər verir ki, sərgidə avtomatın iki nümunəsi – standart rəngdə və kamuflyajda nümayiş olunub.
 
NATO 5.56x45 mm çaplı avtomat 6 pilləli tənzimlənən qundağa,kollimatora, lülə üzərində piccatini relsinə və şəffaf darağa malikdir. MSN mütəxəssislərinin sözlərinə görə, avtomatın atış tempi dəqiqədə 660 atəş, güllənin lülədən çıxış sürəti 860 m/saniyə, nişanalma məsafəsi 1000 metr, çəkisi 3.8 kq-dır. Avtomatın iş prinsipi qaz təpməsi və çaxmağın fırlanmasına əsaslanır.
 
Artıq silahın ilkin nümunələri jazırlanıb və aprel ayında sınaqlarına başlanacaq. Avtomatın 2016-cı ildən seriyalı istehsalına başlanması nəzərdə tutulur.

Google+ WhatsApp ok.ru